BAKI, 14 iyul. TELEQRAF
Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Süleyman Cahangirlinin cəsədini sudan çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
****
16:30
İmişlidə Araz çayında bir nəfər batıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən (FHN)-dən məlumat verilib.
Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.