​BAKI, 27 iyun. TELEQRAF

Saatlı rayonunun Dəlilər kəndində yanğın olub.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 81 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət arakəsmə divarı 3 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.