​MİNGƏÇEVİR, 8 iyun. TELEQRAF

Mingəçevirdə küçədə meyiti tapılan şəxslə bağlı yeni detallar ortaya çıxıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 41 yaşlı Ramin İsmayılov hündürlükdən yıxılaraq vəfat edib.

***

11:01

Mingəçevir şəhərində küçədə 41 yaşlı kişinin meyiti tapılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Kür çayının şəhərdən keçən hissəsinin sağ sahilində qeydə alınıb.

Küçədə meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü şəhər sakini Ramin İsmayılov olduğu müəyyən edilib.

İlkin məlumata görə, ölən şəxs həm də içki düşkünü olub. Hadisənin baş vermə səbəbləri hələlik tam müəyyənləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.