ASTARA, 2 iyun. TELEQRAF
Astarada 1 saylı məktəbin idman sahəsi ətrafında quru otların naməlum səbəblərdən yanması təhlükəli vəziyyət yaradıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, alov məktəb binasına və yaxınlıqda yerləşən yüksək gərginlikli elektrik blokuna doğru yayılaraq, ciddi təhlükə yaradıb.
Astara Rayon Fövqəladə Hallar Bölməsinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb ediliblər. FHN əməkdaşları tərəfindən operativ tədbirlər görülüb. Yanğın ocağına yaxın ərazidə olan şəxslər dərhal təhlükəsiz məsafəyə uzaqlaşdırılıb, alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və yanğın lokallaşdırılıb.
Qeyd edək ki, hazırda hadisənin başvermə səbəbi araşdırılır.