
AĞDAŞ, 24 may. TELEQRAF
Ağdaşda evdə kişi meyiti aşkarlanıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə rayon mərkəzində, Qaçaq Nəbi küçəsində qeydə alınıb.
1961-ci il təvəllüdlü rayon sakini Hacıyev Əhliman Səlim oğlu məlum olmayan səbəbdən yaşadığı həyətdə ölmüş vəziyyətdə aşkar olunub.
Əhliman Hacıyev üç övlad atasıdır. Faktla bağlı araşdırma aparılır.