BAKI, 23 may. TELEQRAF
"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Teleqraf xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqdimat təmin olunub. Vüqar Zeynalzadənin həbs müddəti 1 aya qədər uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabrın 26-da tiktokerin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi, daha sonra isə bu ilin aprelində onun barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılmışdı.
Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.