Sumqayıt şəhərində silahlı şəxsə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Zamir Pənah şəhər ərazisində saxlanılıb.

Ondan “AKS” markalı avtomat silahı, 1 ədəd patron darağı, 7 ədəd patron, həmçinin 945 qram tiryək və 970 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.