Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.