Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Niyaməddin Adıgözəlov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, ondan heroin aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun İnşaatçılar qəsəbəsində yaşadığı mənzilə baxış zamanı oradan metamfetamin, həmçinin orada olan 3 qadından isə heroin, metamfetamin və metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.