Sumqayıt şəhərində silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Məmmədovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.