Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Mehdiyev saxlanılıb.
Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun yanvarın 3-də H.Z.Tağıyev qəsəbəsi ərazisində sərnişin qismində olduğu “Opel” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyib quldurluq yolu ilə pulunu talaması da müəyyən olunub.