Naxçıvanda avtomobil yolu keçmək istəyən şəxsi vuraraq öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə aprelin 2-də saat 11 radələrində Culfa şəhəri ərazisində baş verib.
Şəhər sakini Z.Səmədov idarə etdiyi “NazLifan LF” markalı avtomobillə yolu keçən həmyerlisi Hüseyn Fərəcovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Culfa rayon Polis İdarəsində araşdırma aparılır.