Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Əliyev Qəhrəman Ağabəy oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.