Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Soltanabad kəndi ərazisində qeydə alınıb.

Günəşli kənd sakini O.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə O.Əliyevin xəsarət almış sərnişini Abşeron rayon sakini Qumru Həsənova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.