Daşkəsənin Qabaqtəpə kəndində 1982-ci il təvəllüdlü Ayaz Əliyev 1937-ci il təvəllüdlü qonşusu İsmayıl Məmmərovla mübahisə edib.

Teleqraf.com xəbər verir ki, qonşuların mübahisəsi əlbəyaxa davaya çevrilib. Onlar biri-birilərinə qarşı müxtəlif küt alətlərlə xərət yetiriblər.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.