BAKI, 17 fevral. TELEQRAF

Doğma yurda qayıtmaq mənim üçün ikiqat sevincdir.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında keçmiş məcburi köçkün Vüsalə Ələsgərova deyib.

O bildirib ki, Ağdamdan çıxanda 5 yaşı olub, bu gün isə bir əsgər anası kimi doğma yurduna qayıdır.

V.Ələsgərova qeyd edib ki, oğlunun hazırda Vətənə xidmət etməsi ilə fəxr edir: “Bu səbəbdən doğma yurdumuza qayıtmaq mənim üçün ikiqat sevincdir. Mənim əmim də Ağdam uğrunda ilk şəhid olan döyüşçülərdən olub. Bu gün şəhidlərimizin ruhu şaddır”.

O, şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulayıb, Prezident İlham Əliyevə isə bu günləri yaşatdığı üçün təşəkkür edib.