BAKI, 13 fevral. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondunun "Zayed İnsan Qardaşlığı Mükafatı"nın məbləği 1 milyon dollardır. Bu vəsait Ermənistan və Azərbaycan arasında bölünəcək.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə bildirib.

"Yəni, mən 500 min dollar alacağam. Pul hələ köçürülməyib, amma biz əminik ki, köçürüləcək. Bu pulun hansı ictimai məqsədə və ya ehtiyaca yönəldilə biləcəyi barədə düşünürəm. Konkret qərar olanda bunu elan edəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.