BAKI, 10 fevral. TELEQRAF

ABŞ Konqresinin üzvü Anna Paulina Luna amerikalı maliyyəçi Ceffri Epşteynin əlbirlisi Gisleyn Maksvelin Vaşinqtondakı həbsxanaya köçürülməməli olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, o, "X" sosial şəbəkəsində yazıb ki, Maksvel “çox komfortlu” sayılan Texasdakı həbsxanaya köçürülüb və indi onu ABŞ paytaxtındakı həbsxanaya etap etməyə çalışırlar. Konqres üzvünün sözlərinə görə, Maksvel heç bir xüsusi rəftara layiq deyil.

Luna qeyd edib ki, uşaq alveri ilə məşğul olan şəxslər yalnız bir cür cəza almalıdırlar.

Qeyd edək ki, bundan əvvəl Gisleyn Maksvel dindirilmə zamanı Epşteynin xidmətlərindən istifadə etmiş şəxslərin siyahısının mövcud olmadığını bildirib.