BAKI, 27 noyabr. TELEQRAF
ABŞ-nin paytaxtı Vaşinqton mərkəzində Milli Qvardiya hərbçilərinə atəş açan şəxsin Əfqanıstan vətəndaşı olduğu məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə CBS News telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, hücumçunun adı Rahmanulla Lakanvaldır. O, 2021-ci ildə ABŞ-yə gəlib.
***
02:19
Vaşinqtonda iki Milli Qvardiya hərbçilərinə qarşı silahlı hücum törətməkdə şübhəli bilinən şəxsin görüntüsü yayılıb.
Teleqraf xəbər verir ki, ABŞ mediası silahlı hücum törətməkdə şübhəli bilinən şəxs təcili yardım avtomobilinə yerləşdirilərkən görüntülənib.
Qeyd edək ki, son məlumatlarda yaralanan hərbçilərin vəziyyətinin ağır olduğu bildirilir.