BAKI, 26 noyabr. TELEQRAF
“Öz vətənimizə, doğma yurdumuza gedirik”.
Teleqraf xəbər verir ki, bu sözləri Kəlbəcərə köç edən sakin Səadət Həsənova jurnalistlərə açıqlamasında deyib.
“Öz vətənimizə, doğma yurdumuza gedirik. Allah şəhidlərimizin ruhunu şad eləsin. Onların adı dilimizdə, qəlbimizdə yaşasın”, – deyə o bildirib.
Səadət Həsənova qeyd edib ki, 50 yaşında doğma yurdundan didərgin düşüb:
“82 yaşımda yenidən bu xoşbəxtliyi yaşadım. İndi 5 nəfərlik ailəmizlə birlikdə geri qayıdırıq. Qızlarım və nəvəm mənimlədir. Təəssüf ki, həyat yoldaşım bu günü görə bilmədi.”