BAKI, 26 noyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Napoli" - "Qarabağ" qarşılaşmasını stadionda izləyib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesablarında paylaşım edilib.
Həmçinin nazir özünə məxsus sosial media hesabında paylaşım edərək görüşlə bağlı fikirlərini bölüşüb.
"Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir qeyd edib.
Qeyd edək ki, Ceyhun Bayramov və nümayəndə heyəti İtaliyada rəsmi səfərdədir.