BAKI, 24 noyabr. TELEQRAF
"Bu gün Məmmədbəyli kəndinə ailəmlə birgə qayıdıram. Çox sevinirəm, eyni zamanda da həyəcanlıyam. Çünki illərdən sonra yurduma, yuvama qayıdıram".
Teleqraf xəbər verir ki, bunu Məmmədbəyli kəndinə köçən Səxavət Qəhrəmanov deyib.
"Yurd həsrəti çox ağır idi. Şükürlər olsun ki, bu həsrət bu gün başa çatır. Bunu bizə yaşadan Prezidentimiz İlham Əliyevə, qazilərimizə, şəhidlərimizə minnətdarıq", -o əlavə edib.
Qeyd edək ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə - 144 nəfər köçürülüb. Kəndə köçənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.