BAKI, 24 noyabr. TELEQRAF
Tramp komandası sülh planı üzrə nəzərdə tutulan son tarixin təxirə salına biləcəyi istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio CNN-ə bildirib.
Onun sözlərinə görə, Ukraynanın Prezident Donald Tramp tərəfindən müəyyən olunan sülh təklifini cümə axşamına qədər qəbul etməsi son müddət deyil.
Rubionun sözlərinə görə, ABŞ administrasiyası qərarların qəbulu prosesinin yüksək tempini qorumaqda maraqlıdır və məqsədə məqbul vaxt ərzində nail olmaq istəyir.
Dövlət katibi qeyd edib ki, ABŞ Ukraynanın sülh təklifinin tərkib hissəsi kimi təhlükəsizlik təminatlarına ehtiyac duyduğunu anlayır, lakin müzakirələrin detalları barədə danışmayıb.
Rubio həmçinin Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında sülh sazişinin müzakirəsi üçün telefon danışığının mümkün olduğunu istisna etməyib.