BAKI, 24 noyabr. TELEQRAF
Rusiya ordusu Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə kütləvi hücum edib.
Teleqraf xəbər veri ki, bu barədə şəhər meri İqor Terehov Telegram kanalında məlumat yayıb.
“Xarkov düşmən döyüş dronu tərəfindən vuruldu. Təkrar hücumlar mümkündür- ehtiyatlı olun!”, – Terehov paylaşımında yazıb.
Mer bir qədər sonra o bildirib ki, şəhərə daha bir neçə zərbə endirilib və bunun “düşmən tərəfindən həyata keçirilən kütləvi hücum” olduğunu vurğulayıb. Onun sözlərinə görə, şəhərdə şəxsi evə dron zərbəsi qeydə alınıb.
Onun sözlərinə görə, dron hücumları zamanı ölən və yaralanalar olub.