BAKI, 22 noyabr. TELEQRAF

Bakının Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub.

Teleqraf xəbər verir ki, yanğından sonra adıçəkilən küçədə hərəkət tam bərpa edilib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılmışdı.