TƏRTƏR, 21 noyabr. TELEQRAF

Binəqədidə elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirən 4 otel işçisinin ikisi Tərtər rayon sakinləridir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, onlardan biri Tərtər şəhər sakini 1998-ci il təvəllüdlü Muradlı Cavidan Tofiq oğlu, digəri Tərtər rayon Köçərli kənd sakini 2006-cı il təvəllüdlü Əliyev Eltac Habil oğludur.

Baş vermiş hadisə zamanı həyatlarını itirən rayon sakinləri sabah yaşadıqları ünvanda dəfn ediləcəklər bildirilir.

Qeyd edək ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in işçilərini hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurub.

Məlumata görə, 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.