Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Baerbok Rusiya xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə öz X səhifəsində (keçmiş Twitter) yazıb.

O, Almaniyanın Moskva yaxınlığındakı terror aktı qurbanlarının ailələri ilə birlikdə yas tutduğunu və Berlinin istənilən yerdə “qorxaq, qeyri-insani terroru” pislədiyini vurğulayıb.