ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüşün İsveçrənin Cenevrə şəhərində keçirilməsi gözlənilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə CNN telekanalı bildirib. Görüşün iyunun 15-16-da planlaşdırıldığı deyilir.

Ağ Evdən bildiriblər ki, Putinlə görüş Co Baydenin ilk xarici səfəri çərçivəsində keçiriləcək.