Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 410-dir.