BAKI, 28 iyun. TELEQRAF
"Qarabağ"dan ayrılan Kevin Medinanın yeni komandası bəlli olub.
Teleqraf xəbər verir ki, o, karyerasını Malayziyada davam etdirəcək.
Kolumbiyalı “Yohor Darul Tazim”lə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, sözügedən klubda Eddi İsrafilov və Con İrazabal da çıxış edir.