BAKI, 17 iyun. TELEQRAF

“Qarabağ”dan ayrılan Emmanuel Addai karyerasını Türkiyənin “Vanspor” klubunda davam etdirə bilər.

Bu barədə Teleqraf-a I Liqa təmsilçisinin baş məşqçisi Murat Yıldırım məlumat verib.

Mütəxəssis 25 yaşlı qanalı yarımmüdafiəçinin Ağdam təmsilçisindəki çıxışını diqqətlə izlədiyini bildirib. O, futbolçunu xüsusilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandasına qarşı keçirilən oyunlarda (1:6, 2:3) bəyəndiyini qeyd edib.

Bununla yanaşı, Murat Yıldırım "Qarabağ"ın digər futbolçularını da izlədiyini qeyd edib.

Xatırladaq ki, “Vanspor” bir gün əvvəl Azərbaycan millisinin üzvü Ozan Can Kökçü ilə 2 illik müqavilə imzalayıb. Addai isə 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan transfer edilmişdi.