BAKI, 17 aprel. TELEQRAF
"Bavariya"nın əsas heyətinə düşməkdə çətinlik çəkən Kim Min-Ce transfer pəncərəsində komandadan ayrıla bilər.
Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, Super Liqa nəhənglərindən “Fənərbağça” sabiq futbolçusunun transferi üçün danışıqlara başlayıb.
29 yaşlı müdafiəçinin meneceri “sarı-lacivərdlilər”lə danışıqlar üçün İstanbula səfər edib.
Digər tərəfdən isə İtaliya təmsilçilərindən “Yuventus” da koreyalının transferi ilə maraqlanır. "Yuventus"un baş məşqçisi Luçano Spalletti əvvəllər "Napoli"də birlikdə çalışdığı Kimi heyətinə qatmaq istəyir.
2028-ci ilə qədər "Bavariya" ilə müqaviləsi olan Kim Min-Ce az oyun vaxtı aldığı üçün komandadan ayrılmaq istəyir. Alman klubunun da bu transferə açıq olduğu bildirilir.
Futbolçunu 50 milyon avroya alan alman nəhənginin transfer haqqı olaraq ən az 30 milyon avro tələb edir.