BAKI, 26 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının V turu çərçivəsində İtaliyada keçirilən "Napoli" - "Qarabağ" oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
Teleqraf xəbər verir ki, "Dieqo Armando Maradona" stadionunda baş tutan görüşdə hesabı açan Neapol təmsilçisinin yarımmüdafiəçisi Skott Maktominey matçın futbolçusu seçilib.
Start heyətdə başlayan şotland oyunçu sonadək meydanda olub.
Qeyd edək ki, görüş "Napoli"nin 2:0 hesablı qələbəsi ilə bitib.