BAKI, 17 noyabr. TELEQRAF
Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası (PSRC) bu gün keçirilən iclasında ENA-nın “Tashir Capital” şirkətinə verdiyi lisenziyanın ləğvi barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
PSRC-nin dörd üzvü qərarın lehinə, biri isə əleyhinə səs verib. Əleyhinə səs verən şəxs Milli Məclisin keçmiş deputatı və Daşnaksütyununun keçmiş üzvü Ara Nranyandır.
Qeyd edək ki, bu gün 3-cü gündür ki, PSRC “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin elektrik enerjisinin paylanması lisenziyasının ləğvi ilə bağlı gündəliyi ilə iclasını davam etdirir.
Noyabrın 13-də “Taşir” şirkətlər qrupuna daxil olan “ENA” QSC-nin işi üzrə ilk məhkəmə iclası keçirilib.
“Taşir” şirkətlər qrupu Ermənistanda dövlət çevrilişinə çağırış ittihamı ilə həbs edilən iş adamı Samvel Karapetyana məxsusdur. Karapetyan və tərəfdarları ittihamları rədd edərək, hakimiyyətin hərəkətlərini təqib və Erməni Apostol Kilsəsinə qarşı kampaniyanın tərkib hissəsi kimi qiymətləndirirlər.