BAKI, 17 noyabr. TELEQRAF

Noyabrın 18-də Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kipr Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri və Kəşfiyyat Xidmətinin direktoru Tasos Tsionisin dəvəti ilə paytaxt Nikosiyaya yola düşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Səfər zamanı Armen Qriqoryanın işgüzar görüşləri olacaq.