BAKI, 17 noyabr. TELEQRAF
Ermənistan-Türkiyə nizamlanması prosesi üzrə xüsusi nümayəndə, Milli Assambleyanın sədr müavini Ruben Rubinyan İrəvanda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rubinyan öz "Facebook" səhifəsində yazıb.
Rubinyan yazıb: “Biz regional hadisələri və Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə etdik".
Bundan əvvəl ABŞ-nin Ermənistandakı səfirliyi ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavininin Ermənistana gəldiyini və baş nazir, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Ermənistan-Türkiyə münaqişəsinin nizamlanması prosesi üzrə Ermənistanın xüsusi nümayəndəsi ilə görüşlər keçirəcəyini açıqlamışdı.
ABŞ səfirliyinin bəyanatında bildirilir ki, səfərin məqsədi ABŞ prezidentinin regional sülh və təhlükəsizliklə bağlı baxışını irəli sürməkdir.