BAKI, 11 noyabr. TELEQRAF
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Avropa İttifaqına üzv ölkələrin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Görüş zamanı Ermənistan-Aİ tərəfdaşlığı və parlamentlər səviyyəsində əlaqələrin dərinləşdirilməsi ilə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı Ermənistanda davam edən demokratik islahatlar, Ermənistan və Azərbaycan arasında sülh prosesi və regional məsələlər fikir mübadiləsi aparılıb.
Parlament sədri Aİ-yə üzv ölkələrin səfirlərini maraqlandıran sualları da cavablandırıb.