BAKI, 24 oktyabr. TELEQRAF
Ermənistanda Erməni Apostol kilsəsi (EAK) tərəfindən təsis edilən "Şoqakat" televiziya kanalı bağlanır.
Teleqraf Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin "Audiovizual media haqqında" qanuna etdiyi dəyişikliyə əsasən ölkədə ictimai televiziya statusuna malik kanallarının sayı ikiyə endirilib.
"Şoqakat" dini-maarifləndirici televiziya kanalı daha dövlətdən maliyyə vəsaiti ala bilməyəcək.
Ermənistan hökuməti ilə kilsə arasında münasibətlər may ayında baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi haqqında internetdə təhqiramiz ifadələrindən sonra pisləşib. O, bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini və bu prosesdə dövlətə aparıcı rolun verilməsini təklif edib.
İyun ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları arxiyepiskop Ajapahyanı saxlamaq üçün bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahına gəlsələr də, dindarların müqaviməti ilə üzləşiblər. Arxiyepiskop daha sonra katolikos iqamətgahını tərk edərək Ermənistan İstintaq Komitəsinə izahat vermək üçün İrəvana yollanıb.
Oktyabrın 3-də İrəvan məhkəməsi arxiyepiskop Ajapaxianı hakimiyyəti ələ keçirməyə çağırışda ittiham edərək iki il müddətinə azadlıqdan məhrum edib .