BAKI, 23 oktyabr. TELEQRAF
İrəvan məhkəməsi “Masis” icmasının rəhbəri, Ermənistan Respublikasının baş nazirliyinə namizəd Davit Hambardzumyanı 6 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Teleqraf xəbər verir ki, keçmiş icma rəhbərinin barəsində həbs qətimkan tədbiri seçilib.
Davud Hambardzumyan 2018-ci ilin aprelində Erebuni rayonunda keçirilən dinc etiraz aksiyasını dağıtmaq üçün yaradılmış qrupun üzvü olub. O, etirazçılara metal alətlərlə işgəncələr verməkdə ittiham olunur.