BAKI, 17 iyul. TELEQRAF
Nikol Paşinyan baş nazir postundan istefa verməlidir.
Teleqraf xəbər verir ki, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan belə deyib.
O bildirib: "Bu adam (Nikol Paşinyan - red.) baş nazir ola bilməz. Əgər xalqını az da olsa, sevirsə, o deməlidir ki, əgər belədirsə, mən vəzifədən gedirəm".
A.Abramyanın fikrincə, N.Paşinyan seçilərdə iştirak etməməlidir və bu onun tərəfindən ləyaqətli addım olardı.