BAKI, 16 iyul. TELEQRAF
"Məncə, Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi olmayacaq".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hazırda Rusiya ilə münasibət transformasiya mərhələsindədir:
"Bu o demək deyil ki, Rusiya ilə münasibətlərimiz pis olmalıdır. Xeyr, Rusiya ilə münasibətlərimiz əvvəlkindən də qat-qat yaxşı olmalıdır".