BAKI, 16 iyul. TELEQRAF
Ermənistan Avropa İttifaqına (Aİ) üzv olmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, sadə bir proses deyil və Aİ-yə üzv olan bütün ölkələrin razılığı tələb olunur.
"Eyni zamanda Ermənistanın Aİ standartlarına cavab verməsi vacibdir",- Baş nazir qeyd edib.
Paşinyan deyib ki, hökumətin əsas hədəfi geniş və iddialı islahatlar proqramını həyata keçirməkdir.