BAKI, 16 iyul. TELEQRAF
Azərbaycanla sülh sazişi ilə bağlı danışıqlar davam edir və hazırda razılaşdırılmış sənədin əvvəlcədən imzalanması ideyası da gündəmdədir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sənədin mətni artıq razılaşdırılıb və bu mövzuda əsas danışıqlar başa çatıb.
"Sənədin əvvəlcədən imzalanması da müzakirə edilən variantlardan biridir", - Baş nazir qeyd edib.