BAKI, 16 iyul. TELEQRAF
Azərbaycanla sülh sazişi çərçivəsində regionda açılacaq nəqliyyat yollarının idarə olunması üçün özəl şirkət cəlb oluna bilər.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, investisiyaların cəlb edilməsi və yolların daha səmərəli idarə olunması məqsədi daşıyır.
"Bu halda yolların mülkiyyəti Ermənistanın üzərində qalacaq, söhbət yalnız idarəetmədən gedir", - Paşinyan qeyd edib.
Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
Diplomat vurğulayıb ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.