BAKI, 16 iyul. TELEQRAF

Bütün kommunikasiya yollarının açılması ilə bağlı aparılan müzakirələr yalnız ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində aparılıb.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.

"Heç vaxt bu prinsiplərdən kənar və ya ərazi bütövlüyünə zidd heç bir müzakirə aparılmayıb. Ermənistan tərəfi vurğulayır ki, bu mövqe danışıqların hər mərhələsində əsas olaraq qalır. Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin bərpasında, həmçinin Azərbaycanın Ermənistan ərazisindən keçməklə öz ərazisinə və ya üçüncü ölkələrə çıxış əldə etməsində maraqlıyıq. Eyni zamanda, Ermənistanın da Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrə çıxış imkanının təmin olunması bizim üçün vacib və maraqlıdır",- o qeyd edib.