BAKI, 16 iyul. TELEQRAF

Ermənistanda həbs olunan rusiyalı iş adamı Samvel Karapetyana qarşı irəli sürülən ittihamlar genişləndirilib.

Teleqraf xəbər verir ki, bu barədə Karapetyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, indiyədək ona yalnız konstitusiya quruluşunu devirməyə çağırış ittihamı irəli sürülmüşdü, indi isə ona pul yuyulması ilə bağlı da ittiham verilib.

Qeyd edilir ki, Karapetyanın müdafiəçiləri onun həbsi ilə bağlı Ermənistan baş prokurorluğuna məktub göndəriblər.

Xatırladaq ki, “Taşir”in sahibi S.Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə iki ay müddətinə həbs edilib.