BAKI, 15 iyul. TELEQRAF

Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallegerin yaxın vaxtlarda vəzifəsini tərk edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.

Qeyd olunur ki, onun yerinə Aleksandra Koul təyin olunacaq.

"Aleksandra Koul isə Britaniyanın Ermənistandakı yeni səfiri kimi vəzifəsinə cari ilin sentyabr ayında başlayacaq", - məlumatda deyilir.