BAKI, 14 iyul. TELEQRAF

Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos arasında görüş baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Marta Kos Ermənistanla aparılan dialoqu alqışlayıb:

"Tərəfdaşlığının yeni gündəliyi üzrə müzakirələr başa çatıb və Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının növbəti sessiyası çərçivəsində sənədin imzalanması planlaşdırılır".

M.Kos qeyd edib ki, o, birgə proqram və təşəbbüsləri daha ətraflı müzakirə etmək üçün yaxın vaxtlarda Ermənistana səfər edəcək.