BAKI, 11 iyul. TELEQRAF
Ermənistan İstintaq Komitəsi 2020-ci il 10 noyabr tarixində baş vermiş kütləvi iğtişaşlarla bağlı daha 7 nəfərin saxlanıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Məlumata görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi tərəfindən aparılan birgə istintaq tədbirləri nəticəsində, həmin gün hökumət və parlament binalarında, eləcə də digər ictimai yerlərdə konstitusiya quruluşunun zorakı dəyişdirilməsinə açıq çağırışlar və kütləvi iğtişaşların təşkilində iştirak edən daha 7 şəxsin kimliyi müəyyən edilib.
Qeyd olunur ki, istintaq orqanının təqdimatı əsasında nəzarət edən prokuror həmin şəxslər barəsində cinayət təqibinin başlanması barədə qərar qəbul edib və onlar saxlanılıb.