BAKI, 11 iyul. TELEQRAF

Ermənistanda "Taşir Pizza" restoranlar şəbəkəsinin direktoru Vaghinak Kazaryan həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Kazaryanın 1 aylıq həbsinə qərar verilib.

Xatırladaq ki, "Taşir" Qrupun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.